Mobil telefon haqqında bilmədiklərimiz

Facebookda paylaş Yazar: Obyektiv @ İyun 27, 2009 18:03

  Cib telefonu həyatımızın vazkeçilməz bir parçasıdır. Həyatımızı bir an da olsun mobil telefonlarsız təsəvvür edə bilmərik. Belə olan  halda bu məhsulu ən məhsuldar və etibarlı necə istifadə edə bilərik?

mobil_telefon

Yeniliklərə həssas bir xalq olaraq cib telefonundakı texnoloji inkişafları çox yaxından izləyir, GSM operatorlarının  təsirli kampaniyaları sayəsində  kimimiz iPhone, kimimiz BlackBerry arxasınca qaçır, kimimiz də ən yaxşı halda Nokianın son modelləri ilə kifayətlənməli oluruq.

  Bəzi dostlarımız hətta yanında iki-üç telefon gəzdirir. Həyatımıza gətirdiyi asanlıqlar kiçik hesab edilməyəcək qədər çox olan cib telefonları şüursuzca və ya fasiləsiz istifadə edildikdə həm sağlamlığımıza, həm də büdcəmizə ciddi zərərlər verə bilir. Ona görə də  mobil telefonlardan istifadə edərkən bəzi əhəmiyyətli məsələlərə diqqət yetirmək vacibdir.

Davamı...

Ən incə belli qadın

Facebookda paylaş Yazar: Obyektiv @ İyun 27, 2009 15:57

  Ginessin Rekordlar Kitabına "Dünyanın ən incə belli qadını" olaraq girən 

cathie_jung

Cathie Jung o qədər incə bellidir ki, onu görənlər gözlərinə inana bilmir, fotoşəkillərini görənlər isə photoshopun məhsulu zənn edir. Amma onun incə belliyi tamamilə həqiqətdir.

  Beli cəmi 38 santimetr və o qədər incədir ki, bir şikəstlik sanıla bilər. Halbuki Cathie Jung tamamilə sağlamdır. Belə bir belə sahib olmasını isə 1983-cü ildən bəri böyük bir əzmlə taxdığı dar korsetlərə borclu olduğunu deyir. 

Davamı...

Dünya, Xəbərlər | Şərhlər(1)
Baxış sayı: 423
Açar sözlər: cathie jung ginnes korset conneticut 

Pamukun yeni nişanlısı

Facebookda paylaş Yazar: Obyektiv @ İyun 26, 2009 13:43

  Romaya Ca Foscari Universitetinə dərs deməyə gedən Türkiyənin Nobel mükafatçısı Orhan Pamuk Venediktdə gördüklərini bədiiləşdirib.

orhan_pamukkiran_desai

 “Venediktdə öpüşmək” adlı yeni əsərindən bir hissəni  La Repubblica qəzetində dərc etdirən yazıçı gənclik illərindən bəhs edərkən “Yüzmilyonlarla, milyarldarla dünya vətəndaşı kimi mən də dodaqdan öpüşməyi həyatımda ilk dəfə kinoda gördüm. Mən uşaq olanda Türkiyədə hələ televiziya yox idi. Öpüşərkən burunları birbiriyle toqquşmurmu deyə düşündüyümü xatırlayıram. Doyunca öpüşəcək bir sevgilim olmadığından sünilikdən şikayət edərdim” yazaraq oxucuların marağına səbəb olub. Nobelçi yazar kino tarixində ən yaxşı öpüşmə səhnəsinin Hiçkok tərəfindən çəkildiyini də əsərində qeyd edib. Qəzetdəki yazının sonunda Pamukun Booker Prize mükafatının sahibi Hindistanlı yazar Kiran Desai ilə eşq yaşadığı və romançı xanımın “Pamukun yeni nişanlısı” adlandırıldığı barədə xəbər də yer alıb.  

  "Obyektiv" 

Xəbərlər, Ədəbiyyat | Şərhlər(0)
Baxış sayı: 143
Açar sözlər: orxan pamuk kiran desai nobel 

Musiqi infarkt riskini azaldır

Facebookda paylaş Yazar: Obyektiv @ İyun 25, 2009 17:11

  İtaliyadakı Pavia Universitetinin professoru Luciano Bernardinin apardığı araşdırmanın nəticələri, dinlənilən musiqinin ürək döyüntüsündə  və qan təzyiqində

musiqi

 dəyişikliklərə səbəb olduğunu ortaya çıxarıb.
  Professorun araşdırmalarına görə, sürətli musiqi dinlənilərkən damarların genişlənməsi və qan dövranının sürətlənməsi müşahidə edilir. Yavaş musiqi dinlənilərkən isə bunun tam tərsi ortaya çıxır. Araşdırma həmçinin sevilməyən bir musiqinin damarları sərtləşdirdiyini meydana çıxarıb.

Davamı...

Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 192
Açar sözlər: italiya pavia universitet musiqi luciano 

Kabayevanın uşağının atası kimdir

Facebookda paylaş Yazar: Obyektiv @ May 26, 2009 9:05

  Haqqında eşq dedi-qodusu çıxan Kabayeva ötən aylarda ana oldu

  Rusiya Baş naziri Vladimir Bütün ilə haqqında eşq dedi-qodusu çıxan Rus gimnastikaçı Alina Kabayeva ötən aylarda ana oldu.

  

putin_kabaeva

Rus mətbuatı Kabeyevanın rəsmi nikahdan kənar dünyaya gətirdiyi uşağın atasının kim olduğunu hələ tapmayıb. Yayılan xəbərlərə görə, sirr kimi saxlanan ata Putindir. Bir il əvvəl “Moskovski Korespondent” qəzeti, "Putin həyat yoldaşı Ludmiladan boşanıb gimnastikaçı Alina Kabayeva ilə evlənir" deyə xəbər vermişdi. 

Davamı...

Dünya, Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 220
Açar sözlər: vladimir putin alina kabayeva rusiya 

İngiltərə və İspaniya müharibənin bir addımlığında

Facebookda paylaş Yazar: Obyektiv @ May 25, 2009 18:57

  İngiltərə, İspan gəmilərinin Gibraltar qayalıqlarından çəkilməsi üçün nota göndərib.

  İspan gəmilərinin İngilis sularını işğal etdiyini bildirən səlahiyyətlilər problemin bir daha təkrarlanmaması üçün sərt bir nota göndərib.

gibraltar

 Ağır silahlı İspan gəmiləri İngilis sularına girərək bölgədə olan balıqçı gəmilərini icazəsiz olaraq təftiş edib. Bunun fərqinə varan İngilis donanmasının vəziyyəti Xarici İşlər Nazirliyinə  bildirməsinin ardından İngiltərə İspaniyaya nota göndərib. İngiltərə Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, “bu sabotaj və tamamilə İngiltərənin suverenliyinə  qarşı yönəlmiş bir hücumdur və İspaniya rəsmi olaraq buna aydınlıq gətirməli, belə hallara son qoymalıdır”.

Davamı...

Dünya, Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 245
Açar sözlər: ispaniya armada ingiltərə gibraltar kraliça 

Antivirusla gələn virus təhlükəsi

Facebookda paylaş Yazar: Obyektiv @ May 25, 2009 16:45

  Viruslar, casus proqramlar, soxulcanlar və troyanlar (troya atları), kompüterlərdə özbaşına ortaya çıxmır. Ya internetdən endirdiyimiz fayllar ya da dostumuzun  CD-indən qurduğumuz proqramlarla kompüterlərimizə bulaşır.

  Hər il milyonlarla kompüterə virus bulaşır, buna görə hər ay böyük bir

virus

 qorxu yaşanmadan keçmir. Şirkət içərisindəki bir kompüterdə olan virus, o şirkətdəki bütün kompüterlərə bulaşa bilir. Virusdan ötəri bir çox şirkət böyük maliyyə itkiləri yaşayır. Kompüterlərin ölçü və xüsusiyyət dəyişdirərək gündəlik həyatın ən dərin nöqtələrinə qədər yayılması və internet istifadəsindəki artımla birlikdə viruslar da çox sürətli bir şəkildə yayılaraq hamımızın qorxulu yuxusu olmağa davam edir.

Davamı...

Xəbərlər, Bilirsinizmi ?... | Şərhlər(1)
Baxış sayı: 254
Açar sözlər: antivirus proqram internet virus troyan 

Plastik şüşədə cinsi təhlükə...

Facebookda paylaş Yazar: Obyektiv @ May 24, 2009 8:55

  Gündəlik həyatda istifadə edilməkdə olan plastik şüşələr sağlamlığı təhdid edir.  

bisfenol

  Harvard School of Public Healthda 77 şagird üzərində araşdırma aparan mütəxəssislər bu qənaətə gəliblər. Şagirdlər 7 gün boyunca plastik şüşələrdən su içiblər.   Plastik şüşə istifadə edən iştirakçıların sidiklərində, dişilik hormonu estrogenə bənzəyən Bisfenol A (BPA) maddəsinin  69 faiz artdığı məlum olub. Araşdırmalar plastik şüşələrdə olan BPA maddəsinin sonsuzluğa, doğuş qüsurlarına, böyümə pozuqluqlarına və ürək xəstəliyi ilə diyabet riskinin artmasına səbəb olduğunu sübut edib.

  “Obyektiv”   

Xəbərlər, Sağlamlıq | Şərhlər(0)
Baxış sayı: 154
Açar sözlər: plastik şüşə cinsi təhlükə bpa 

“İslam ordusu” yaradılır

Facebookda paylaş Yazar: Obyektiv @ May 24, 2009 8:14

  Dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri olan İslam Konfransı Təşkilatı (İKT), "sülhməramlı" rola sahib olmaq üçün silahlı qüvvələr qurmağa hazırlaşır.

islam_ordusu

Malayziya ve diğər ərəb dövlətləri mətbuatında çıxan xəbərlərə görə,  Suriyanın paytaxtı Şamda başlayan ve 57 üzv ölkenin xarici işlər nazirlərinin qatıldığı İKT Baş Məclis toplantılarında, Müsəlman ölkələrindəki konfliktləri önləmək üçün sülhməramlı ordu qurulması təklifi müzakirə ediləcək. Tamamilə  Müsəlman əsgərlerden təşkil olunacaq İKT ordusu, BMT-dən asılı olmayacaq və Somali, Sudan, İsrail-Fələstin ve İsrail-Suriya arasında sülhməramlı qüvvə vəzifəsini yerinə yetirəcəyi bildirilir. 

   "Obyektiv" 

Dünya, Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 154
Açar sözlər: israil suriya somali islam ordusu 

  Yazılar cəmi: 19    Sonrakı səhifə »

Bizi oxuduğunuz və dinlədiyiniz üçün təşəkkür edirik !!!