Kal gavalılar
Bizim cəmiyyət yatmağa yaman meyllidir, dəyməsən, silkələyib oyatmasan elə hey yatacaq. Amma sözün açığı iş gedən yerdə kiminsə yatması heç xoşagələn vəziyyət
deyil. Bu mənada akademik Ramiz Mehdiyev yaxşı ki, hərdən tənqidi çıxışlar edir, məqalələr yazır. Çünki məhz onun yazılarından sonra hamının yadına düşür ki, ayə bəs sən demə bu problemlər var imiş, biz isə fil qulağında yatmışıq. Bəzi ağzıgöyçəklər də var ki, deyirlər, nə problem, problem zad yoxdur bizim sahədə, verin yenə yeyək, üstümüzü də örtün yataq, gözləyin canımız çıxmasın. Adlarını da qoyublar nə bilim professor, yazıçı, şair, daha nə bilim nə. Çoxu heç qara qəpiyə də dəyməz.
Baxış sayı: 63
Açar sözlər: ramiz mehdiyev anar fikrət qoca
Bagiranın vətəni
Azərbaycandan bəxtəvər ölkə yoxdur və ola bilməz. Çünki Bagira kimi dünya ulduzu
azərbaycanlıdır və hər yerdə Azərbaycanı təmsil edir. İndi də gedib Türkiyəyə. “Qız” orda vətəni təmsil edir, bədxahlar da burda başlayıblar qara piara ki, guya orda donuz qripinə yoluxub. Qızğın iş rejimindən macal tapa bilməyən Bagira, mətbuat xidmətinin rəhbəri Mikayıl Hüseynov vasitəsilə Lent.az-a verdiyi açıqlamasında donuz qripinə yoluxmaq təhlükəsindən ehtiyat etdiyi üçün seks-partilərdən çəkindiyini bildirib. Bu “sex party” ifadəsini necə başa düşmək hərənin öz işidir, amma əsas odur ki, M.Hüseynovun dediyinə görə, “bilirsiniz ki, Azərbaycan səhnəsində Bagira təkrarsızdır, öz sferasında təkdir.” Bu fikirlə razılaşmamaq olmaz. Adam əziyyət çəkib özünə imic yaradıb. İndi gərək xalq ona dəstək olsun, axı Bagira orda “öz ölkəsini təmsil edir”.
Baxış sayı: 187
Açar sözlər: bagira lütfi zadə xatirə azərbaycan
“Dərman şou”
Köşə yazmaq asan məsələ deyil, gərək ictimai rəylə də hesablaşasan. Düzdür, Azərbaycan insanı, yaxud oxucusu öz qəhrəmanını, yəni yazarını dar ağacında, müasir formada desək, məhkəmə önündə görməyə alışsa, adət etsə də, oxucuların əksəriyyəti cəsarətsizdir, hətta bu cəsarətsizlik o dərəcədə güclü inkişaf edib ki, bəziləri adicə şərh yazanda da özündən uydurduğu qondarma adını böyük deyil, kiçik hərflərlə yazır ki, diqqət çəkməsin. Özünə “azad” deyib azadlığın simvoluna daş atan fundamentalistlər də tapılır arada. Nə isə sözüm onda deyil. Ötən yazımda telekanallarımızı tənqid edəndən sonra elektron poçtuma xeyli məktub gəlib. Hamısı da demək olar ki, ən çox sevdiyim tənqid ruhunda. Əksəriyyəti orta və yaşlı nəsil xanımlar, şişmanlıqdan əziyyət çəkən insanlar olan məktub müəlliflərinin yazdıqlarını oxuyanda bütün telekanallarımızla, rəhbərliyindən tutmuş aparıcısına, operatoruna, işıqçısına qədər telekanalların bütün əməkdaşları ilə fəxr elədim, qürur duydum, sevindiyimdən ağlamaq istədim, amma bacarmadım və dostumdan mənim yerimə ağlamasını xahiş etdim. Sağ olsun, xahişimi yerə salmadı, bu yaxşılığına görə burdan ona salam göndərirəm.
"51-ci hökuməti Türkiyənin ən uğursuz hökuməti hesab edirəm"
Xalq artisti Faiq Ağayev: "Gələcəkdə siyasətlə məşğul olmağım istisna deyil" - Bu qədər uğura nəyin sayəsində nail olmusuz? görə, valideynlərimə isə polad kimi bərkiməyimə kömək etdiklərinə görə borcluyam. Valideynlərim vaxtı ilə bu sahəni ciddi qəbul etmirdilər və elə bilirdilər ki, səhnə mənim üçün ötəri bir həvəsdir. Hətta evdə 1 il yarım mənimlə danışmadılar. İnadkarlıq, zəhmətsevərlik və mübarizlik mənə kömək etdi. Daha sonra ailəm inanıb mənə dəstək oldu. 1988-ci ildə “Bakı Payızı”nda Tofiq Quliyev birinci dərəcəli diplomçu mükafatını mənə təqdim etdi. Ondan sonra “Qızıl payız” və digər müsabiqələrdə iştirak edib uğur qazandım və artıq 21 ildir ki, səhnədəyəm.
- Təbii ki, hər şeyə Allahın sayəsində nail olmuşam. Allaha mənə istedad verdiyinə
Baxış sayı: 162
Açar sözlər: faiq ağayev flora kərimova israil
“Azərbaycan telekanallarına baxanda xəcalət çəkirəm”
Günel, birdən-birə teleaparıcı kimi tamaşaçı qarşısına çıxmaq sənə çətin olmadı?
-Əsas işi başlamaqdır. Mənim də ilk verilişim ABA telekanalında olub.

Azərbaycan teleməkanında ilk dəfə olaraq Azərbaycan mahnılarından ibarət “Qızıl onluq” adlı hit-parad aparırdım. Heç bir kanalda belə bir hit-parad yox idi. Amma mən o verilişdə bir o qədər də parlamadım. Sonra “100%” yarandı və burada klip təqdimetmə üsulu meydana çıxdı. Sonra qonaqların gəlişi, sərbəst danışıq. Mən sərbəst idim, amma utanmağım da var idi. Xarici telekanallara baxıb öz üzərimdə işləyirdim. Nəhayət sərbəst oldum və məndən sonra bütün aparıcılar da sərbəst oldular. Amma həmin verilişin səviyyəsi bu günə qədər artmayıb, o verilişin strukturu ABA-da necə qurulmuşdusa indi də kanallarımızda o formatda, amma başqa adlar altında davam edir. Sonra məni “Lider”ə çağırdılar və “100%”-i orada davam etdirməyimi təklif etdilər və razılaşdım. “100%” artıq marka idi, brendə çevrilmiş kimi idi, düşündülər ki, yəqin ABA-da yaratdığı səs-küy “Lider”ə də təsir edər. Nə qədər səs-küy yaratdı bunu tamaşaçılar bilər, amma bu verilişdən telekanalda yaxşıca pul qazandılar, mən qazanmadım. Hər göstərilən klip, hər gələn qonaq məlumdur ki, pul gətirirdi. Yalnız seçilmiş, adları dillər əzbəri olmuş 5-6 müğənni var idi ki, pul vermədən verilişdə iştirak edirdilər. Hər bir kanalda bu tip verilişlər belə meydana gəlir.
Baxış sayı: 269
Açar sözlər: günel musəvi aba lider ans
Boşa çıxan ümidlər
Alla Puqaçova Bakıya konsert verməyə gəldi. Məlum oldu ki, onu Bakıda sevənlər çox imiş Bizim camaat belədir də. Alladan güclü sənətkarlarımız olduğu halda gör kimlərə qulaq asırlar. Primadonnanın qonaqları oxumağa başlayanda nə sirrdirsə, məni yuxu tutur və bir də onda ayılırdım ki, anam deyir, “ay bala, sən televizorun qabağında niyə yatmısan?”. Nə isə, təəssüf ki, belə talesiz anlar veriliş öz ömrünü tamaşaçılara bağışlayana qədər davam etdi. Amma deyirlər, Allah heç kimi naümid qoymur. Mən də ümid edirdim ki, Primadonna nə vaxtsa yenidən efirə qayıdacaq.
Əvvəllər televiziya verilişlərini çox izləyirdim. Ən çox sevdiyim veriliş isə “Primadonnanın qonaqları” idi. O verilişin elə bir buraxılışı yox idi ki, efirə gedəndə mən televizorun qarşısında olmayım. Amma təəssüf ki, əvvəlinə baxsam da, heç birini də axıra qədər izləyə bilmirdim.
Baxış sayı: 146
Açar sözlər: ilhamə quliyeva alla puqaçova primadonna
Emma Ələkbərzadə: Heç vaxt müğənni olmaq istəməmişəm
"Bu gün 9 milyonluq Azərbaycanın 8 milyonu müğənnidir"
- Emma xanım, səhv etmirəmsə, Sizin musiqi təhsiliniz var...
- Mənim əsl sənətim müğənnilik deyil. Mən pianoçu-bəstəkaram. Bülbül adına musiqi məktəbində, sonra isə Asəf Zeynallı adına Musiqi Texnikumunda piano

ixtisası üzrə təhsil almışam. Artıq 4 yaşımda məni Dövlət Konservatoriyasının hazırlıq sinfinə verdilər. Bir il sonra isə mən kamera orkestrində fortepianoda ifa edirdim. Əsasən özüm üçün ifa edirdim. Evimizdə bilirdik ki, Sevdanın (müğənninin bacısı, əməkdar artist Sevda Ələkbərzadə nəzərdə tutulur-X.X.) gözəl səsi var. Amma biz ona “doktor Sevda” deyirdik. Həmişə iynə ilə, qaşıqla gəzirdi, boğazımızı yoxlayırdı. Mən isə heç vaxt müğənni olmaq istəməmişəm. Sevda artıq səhnədə olanda mənə deyirdi ki, “bacı çıx səhnəyə, mahnı ifa elə”. Amma mən ona deyirdim ki, “Bir evdə iki müğənni olmaz. Mənim öz sənətim var.”
Baxış sayı: 230
Açar sözlər: emma ələkbərzadə sevda çingiz əbülhəsən
HÖRMƏT
Dilimiz maşallah çox zəngin dildir, bir sözün azı 4- 5 mənası var. Elə götürək “hörmət” sözünü. Bu sözün mənasını bilmək üçün Azərbaycan dilinin izahlı lüğətinə baxmaq lazım deyil, küçədən keçən istənilən adamı tutub soruşmaq
kifayət edər. Əvvəllər böyük-kiçiyə hörmət mənasında işlənən bu söz indi əsasən rüşvət anlamını verir. Yəni ki, rüşvət verməsən “sən mənə hörmət etmədin” deyib təhqir maddəsi ilə adamı damlaya da bilərlər və 30 nəfər Göyçaydan deyəsən elə bunu hamıya bildirmək üçün gəlmişdi. İndi həmin adamları ictimai qaydanı pozmaq maddəsi ilə bir-bir tutub cərimələsələr heç təəccüblənmərəm. Əks halda təsəvvür etmək çətin deyil ki, bundan sonra nə qədər adam tikilməkdə olan binaların üstünə çıxa bilər.
İntiharı da “hörmət”ləşdirmək lazımdır. Özünü öldürmək istəyirsənsə, hörmət elə sonra öl. Kim bu qaydanı pozsa yaxınlarından tutub hörmət tələb etmək lazımdır. Mərc gələrəm ki, ondan sonra Azərbaycanda bir dənə də özünə qəsd hadisəsi baş verməz. Yoxsa hər gün intihar xəbərləri oxumaqdan intihar etmək həddinə çatmışıq.
Baxış sayı: 141
Açar sözlər: zeynəb xanlarova səməd vurğun intihar
O dünyaya məktublar-2
Salam ölülər! Siz heç bilirsiz bu nə deməkdir? İndi bütün dünya Aysel və Araşdan danışır. Araş Ayseli fotoda nahaq yerə göyə qaldırmayıbmış. Bəzi ağzıgöyçəklər burda buna müxtəlif cür koftalar geyindirmək istəsələr də, haqq öz yerini tapdı. Uzun və məşəqqətli məşq prosesi öz nəticəsini verdi. Hərbçilər nahaq yerə deməyiblər ki, təlimdə çəkilən əzab döyüşdə qələbəni təmin edir. Özünü təqdim edərkən “Mən Araşəm” deyən gəncin Aysellə istər hovuz başında, istərsə də oteldə məşq prosesini əks etdirən fotolarına baxanda ürəyim mənə demişdi ki, bu qarabala bir iş qayıracaq. Elə də oldu. Ay ölülər, adımız birinci çıxdı e, finala yüksələnlər arasında. Bu çox böyük uğurdur.
Sizə isti xəbərim var. Sizi təbrik edirəm! Yox, Qarabağı hələ almamışıq. Hələ danışıqları davam etdiririk. Amma Eurovision mahnı müsabiqəsində finala yüksəlmişik. 
Baxış sayı: 216
Açar sözlər: araş aysel teymurzadə eurovision polis


