Ən incə belli qadın

Yazar: Obyektiv @ İyun 27, 2009 15:57

  Ginessin Rekordlar Kitabına "Dünyanın ən incə belli qadını" olaraq girən 

cathie_jung

Cathie Jung o qədər incə bellidir ki, onu görənlər gözlərinə inana bilmir, fotoşəkillərini görənlər isə photoshopun məhsulu zənn edir. Amma onun incə belliyi tamamilə həqiqətdir.

  Beli cəmi 38 santimetr və o qədər incədir ki, bir şikəstlik sanıla bilər. Halbuki Cathie Jung tamamilə sağlamdır. Belə bir belə sahib olmasını isə 1983-cü ildən bəri böyük bir əzmlə taxdığı dar korsetlərə borclu olduğunu deyir. 

  1937-ci ildə doğulan Amerikalı Cathie Jung Conneticut ştatında yaşayır, bir cərrahla evli, üç uşaq anasıdır. Bir müddət əvvəl nənə olsa

cathie_jung

 da hələ də korsetlərindən imtina etmir. Və rekordu əlində saxlayır.

cathie_jung

 Sınayanlar olsa da indiyədək onun rekordunu əlindən alacaq bir başqası ortaya çıxa bilməyib. Dünyanın dörd bir tərəfində televiziya ekranlarında göstərilən Cathie Jung kimi 

cathie-jung

incə bir belə sahib olmaq istəyən yüzlərlə gənc qız onun fen klubuna üzv olub tövsiyələrini izləyir.

  Cathie Jungun korset üsulu, 

cathie_jung

bir az da bel sümüyü ya da onurğadakı deformasiyaları düzəltməyə yarayan "tibbi məqsədli korset tətbiqinə" bənzəyir. Çünki o, çox möhkəm korsetlərini yalnız duşdaykən çıxarır. Gün boyunca taxdığı korseti gecə yatanda da belində dayanır. Və bir ortopediya cərrahı olan əri  Bob Jung, Cathienin heç bir sağlamlıq problemi yaşamadığını, əksinə çox qüvvətli bir bel sümüyünə sahib olduğunu söyləyir. 

  Xanlar Xoca

Dünya, Xəbərlər | Şərhlər(1)
Baxış sayı: 359
Açar sözlər: cathie jung ginnes korset conneticut 

1
Ryabina yazıb:

Çox maraqlı oldu və hətta googleda axtarış verib başqa fotoları və məlumatları da oxudum...
Yazı üçün təşəkkür...

P.S.Siyasəti sevmirəm, nəzərə al...-))

İyun 28, 2009 19:34


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha