DIQQƏT!!! DİQQƏT!!! DİQQƏT!!!
Kal gavalılar
Bizim cəmiyyət yatmağa yaman meyllidir, dəyməsən, silkələyib oyatmasan elə hey yatacaq. Amma sözün açığı iş gedən yerdə kiminsə yatması heç xoşagələn vəziyyət
deyil. Bu mənada akademik Ramiz Mehdiyev yaxşı ki, hərdən tənqidi çıxışlar edir, məqalələr yazır. Çünki məhz onun yazılarından sonra hamının yadına düşür ki, ayə bəs sən demə bu problemlər var imiş, biz isə fil qulağında yatmışıq. Bəzi ağzıgöyçəklər də var ki, deyirlər, nə problem, problem zad yoxdur bizim sahədə, verin yenə yeyək, üstümüzü də örtün yataq, gözləyin canımız çıxmasın. Adlarını da qoyublar nə bilim professor, yazıçı, şair, daha nə bilim nə. Çoxu heç qara qəpiyə də dəyməz.
Baxış sayı: 45
Açar sözlər: ramiz mehdiyev anar fikrət qoca
Reket QHT-lər
Mətbuat Şurası “reket qəzet”lərin siyahısını hazırlamaqla qismən də olsa kimin kim olduğunu cəmiyyətə çatdıra bildi. Amma iş burasındadır ki, “reket qəzetlər”lə iş
bitmir. Jurnalistika sahəsində reket QHT-lər də kifayət qədərdir və onların da adlarını cəmiyyətə tanıtmaq lazımdır. Bu günlərdə QHT-lərin aldıqları qrantlarla bağlı bir araşdırma yazısında bəzi jurnalist təşkilatlarının aldıqları vəsaitlərin məbləğini görəndə həqiqətən heyrətləndim. Həmişə əlində dəsmal tutub ağlayan insanlar sən demə minlərlə avro məbləğində qrant alırmışlar və ən maraqlı budur ki, monitorinq filan keçirmək adı altında alınan bu vəsaitlər təyinatı üzrə xərclənmir. Bunu bilmək üçün fitri istedad tələb olunmur, mətbuatın vəziyyəti, jurnalistlərin mənzil və iş şəraiti göz önündədir. Bəs onda bu vəsaitlər görəsən hara xərclənir?
Baxış sayı: 35
Açar sözlər: qht jurnalistika mətbuat şurası reket
Bazarın, yoxsa millətin vəkili?!
Vaxt var idi Masallıda Əhəd Abıyevdən narazılıq edib, bu ad gələndə göz yaşı
tökürdülər. İndi tərsinədir, Abıyev narazıdır. Masallıda yəqin ki, hər gün olmasa da ildə heç olmasa iki nəfər xuliqanlıq maddəsi ilə həbs olunur, amma Əhəd Abıyev məhz indi dilə gəlib. Niyə? Əhəd Abıyevi həbs olunan Həşimovlarla hansı tellər bağlayır bunu bilmirəm, heç maraqlı da deyil. Mənə maraqlı olan budur ki, Əhəd Abıyev indi bir sahibkarın hüququnun pozulduğunu iddia edib millət vəkili kimi onu müdafiə etmək haqqında düşünürsə bəs Avropa Məhkəməsinə qədər gedib çıxmış Masallının digər iş adamı Adəm Nüsrətovun haqlarını niyə müdafiə etmirdi? A.Nüsrətov ki, icra başçısından narazı deyildi...
Baxış sayı: 51
Açar sözlər: əhəd abıyev masallı çingiz həşimov
Vicdan dini
Dünya müsəlmanları bu gün müqəddəs Qurban Bayramını qeyd edir. Bu bayram
keçmiş Sovet dövründə də əhalisinin əksər hissəsi müsəlman olan Azərbaycanda geniş olmasa da çoxları tərəfindən qeyd edilir, qurbanlar kəsilirdi. Amma o vaxtlar indikindən fərqli olaraq bu müqəddəs bayramın ətin qiymətinə heç bir təsiri olmurdu, qoyun əvvəl hansı qiymətə olurdusa, bayram ərəfəsində və bayram günündə də həmin qiymətə qoyun və ya ət almaq mümkün idi. Əks təqdirdə qiyməti süni olaraq qaldıran adamın dərisini qoyun dərisi kimi boğazından çıxarardı hökumət. İndi isə vəziyyət fərqlidir. Müsəlmanlığı sünnət olmağından o yana keçməyən bəzi insanlar il uzunu sanki bu bayramın nə vaxt gələcəyini gözləyirlər ki, insanların etiqadından sui istifadə edib mal-qaranın qiymətini süni qaydada qaldırsınlar.
Baxış sayı: 33
Açar sözlər: qurbanlıq məhəmməd peyğəmbər azan dövlət
Jurnalist, yoxsa müğənni?
Bu gün Ümumdünya İnformasiya Günüdür. İndi kimsə deyəcək ki, “hə, nə olsun”. Amma nəzərə alsaq ki, informasiyaya olan tələbat bu gün cəmiyyətdə çörəyə olan tələbat qədər güclüdür, onda bu sualın cavabı da hər kəsə aydın olar. Azərbaycanda da vətəndaşların informasiya alması üçün qanunlar qəbul edilib, amma bu qanunlar əksər hallarda güc qarşısında susan aciz uşağı xatırladır. Min oyundan çıxan məmur özbaşınalığı qarşısında qanun gücsüz görünür. Elə gülməşəkər məmurlar var ki, özlərini mətbuata qapalı elan edir və az qala padşah kimi aparırlar. Ola bilsin ki, kiminsə ürəyində padşahlıq iddiası ola bilər, amma zaman-zaman bu iddialarla yaşayan insanların aqibəti də məlumdur.
Baxış sayı: 46
Açar sözlər: jurnalist informasiya prezident nazirlik mtn
Müharibə!
Uzun illər ABŞ-ı bizə demokratiyanın beşiyi kimi nişan veriblər, dünyada insan
azadlıqlarının əsas təminatçısı rolunda məhz bu ölkənin çıxış etdiyi, bu dövlət olmasa dünya xalqlarının bir-birini məhv edəcəyi barədə fikirlər aşılamağa çalışıblar. Amma göz önündə olan budur ki, bu dövlət yalnız öz maraqlarını güdür. 11 Sentyabr terroru Əfqanıstanın, İraqın bombalanmasına səbəb oldu, Bin Laden çoxdan öldürülsə də hələ də onun uydurulmuş mifi ətrafında spekulyativ əməliyyatlar həyata keçirilir və ABŞ-ın nəzarətində olan Əfqanıstan bu gün dünyanı “ağ ölüm”lə təhdid edir. Serbiyanın ərazi bütövlüyünü pozub qondarma “Kosovo dövləti” quran ABŞ Azərbaycanın Qarabağ problemini qulaqardına vurur, tərəflərin öz aralarında razılığa gəlməsinin vacibliyini bildirir.
Baxış sayı: 65
Açar sözlər: abş azərbaycan qarabağ kosova israil
Xalqa gülmək yaraşır
Azərbaycan xalqı böyük həvəslə dekabrın 23-nü gözləyir. Çünki məhz həmin gün xalq məntəqələrə- sandıq başına gedəcək və səs verib öz layiq bildiyi şəxsi bələdiyyə üzvü seçəcək. Layiq sözü ləyaqət sözündəndir. Ona görə bələdiyyələrə də layaqəti olanları layiq bilib seçmək lazımdır. Əks halda bələdiyyələr ya icra hakimiyyətinin əlavəsinə çevriləcək, ya da torpaq satan bir quruma. Amma seçkini keçirməmək də olardı. Çünki müharibə şəraitində yaşayırıq, bələdiyyələrdə isə xalqımızın ən ləyaqətli oğulları toplaşıb. Ona görə də mən təklif edirəm ki, elə bu bələdiyyələrin tərkibi Qarabağ və ətraf rayonlar azad edilənə qədər olduğu kimi saxlansın, seçki isə sadəcə hansısa vəfat etmiş və ya həbs edilmiş bələdiyyə üzvlərinin boş qalmış yerlərinə keçirilsin.
Baxış sayı: 58
Açar sözlər: milli məclis bələdiyyə seçki azərbaycan
Bagiranın vətəni
Azərbaycandan bəxtəvər ölkə yoxdur və ola bilməz. Çünki Bagira kimi dünya ulduzu
azərbaycanlıdır və hər yerdə Azərbaycanı təmsil edir. İndi də gedib Türkiyəyə. “Qız” orda vətəni təmsil edir, bədxahlar da burda başlayıblar qara piara ki, guya orda donuz qripinə yoluxub. Qızğın iş rejimindən macal tapa bilməyən Bagira, mətbuat xidmətinin rəhbəri Mikayıl Hüseynov vasitəsilə Lent.az-a verdiyi açıqlamasında donuz qripinə yoluxmaq təhlükəsindən ehtiyat etdiyi üçün seks-partilərdən çəkindiyini bildirib. Bu “sex party” ifadəsini necə başa düşmək hərənin öz işidir, amma əsas odur ki, M.Hüseynovun dediyinə görə, “bilirsiniz ki, Azərbaycan səhnəsində Bagira təkrarsızdır, öz sferasında təkdir.” Bu fikirlə razılaşmamaq olmaz. Adam əziyyət çəkib özünə imic yaradıb. İndi gərək xalq ona dəstək olsun, axı Bagira orda “öz ölkəsini təmsil edir”.
Baxış sayı: 141
Açar sözlər: bagira lütfi zadə xatirə azərbaycan


